Nizami rayonunda növbəti ümumrayon iməciliyi keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin paytaxtın sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə 2024-cü ilin iyun ayının 22-də növbəti genişmiqyaslı daxili ümumşəhər iməcliyinin keçirilməsi qərarına uyğun olaraq Nizami rayonu ərazisində də iməcilik keçirilib.
İməcilik zamanı Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından rayonun əsas küçə və prospektlərinin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb. Məhəllədaxili və ara yollar da yuyulub.
Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.
İctimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməcilikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar.
Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib.