Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Novruz bayramı ərəfəsində iməcilik keçirilib

15 mart 2025 | 17:12

Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində Nizami rayonunda növbəti iməcilik keçirilib.

Martın 15-də keçirilən iməcilik zamanı rayonun kommunal xidmətlərinin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, yol nişanlarının, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, küçə və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, qurumuş budaqlar budanıb və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.

İməcilikdə, həmçinin prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib.

Eyni zamanda, kommunal xidmətlərin əməkdaşları tərəfindən yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

Keçidlər