Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda qarın təmizlənməsi ilə bağlı tədbirlər davam etdirilir

01 mart 2025 | 18:24

Bir neçə gün davam edən qarlı hava şəraiti ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyəti və kommunal xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyət göstəriblər.

2025-ci il fevralın 28-də gecə saatlarından başlayaraq martın 1-də səhər saatlarına qədər Nizami rayonunun küçə və prospektlərində, köməkçi yollarda avtomobillərin rahat, təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qarın təmizlənməsi işlərinə xüsusi texnika və işçi qüvvəsi cəlb edilib, xüsusi təyinatlı texnika vasitəsilə yollar qardan təmizlənib və texniki duz səpilib.

Eyni zamanda, səhər tezdən kommunal xidmətlər piyada səkilərin, ictimai-iaşə obyektlərinin, təhsil və səhiyyə ocaqlarının, avtobus dayanacaqlarının və metro stansiyalarının ətrafının qardan təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini həyata keçiriblər.

Keçidlər