Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda qarlı hava şəraiti ilə əlaqədar operativ tədbirlər görülüb

25 fevral 2025 | 11:15

Ölkə ərazisində bir neçə gün davam edən qarlı hava şəraiti ilə əlaqədar Nizami rayonunda qarın yaratdığı problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülüb.

Qeyd edək ki, əvvəlcədən gözlənilən qarlı hava şəraiti ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətində məsul şəxslər təyin edilmiş, 3 ünvanda qərargah yaradılmış, müəyyən olunmuş yerlərdə ümumilikdə 180 ton texniki duz tədarükü görülmüş, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində tələb olunan materiallar və ləvazımatlar toplanmış, texnikalar hazır vəziyyətə gətirilmişdir.

20 fevral 2025-ci il tarixində axşam saatlarında başlayan və bu günə qədər davam edən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq rayon ərazisindəki yollarda və insanların intensiv hərəkət etdiyi yerlərdə gücləndirilmiş rejimdə xidmət təşkil olunmuş, rayonun küçə və prospektlərində, köməkçi yollarda avtomobillərin, səkilərdə insanların rahat, təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qarın təmizlənməsi işlərinə xüsusi texnika və işçi qüvvəsi cəlb edilmşdir. Yollarda buzlaşmanın qarşısının alınması məqsədilə 3 ədəd xüsusi təyinatlı texnika və 34 ədəd özüboşaldan yük maşınları vasitəsilə yollara texniki duz səpilmişdir.

Növbəlilik qrafiki əsasında ümumilikdə 600 nəfərə yaxın işçi qüvvəsi lazımi ləvazimatlarla təmin olunaraq, rayon ərazisində məhəllədaxili yolların, səkilərin və çoxmənzilli yaşayış binalarının girişlərinin, həmçinin ictimai-iaşə obyektlərinin, təhsil və səhiyyə ocaqlarının, avtobus dayanacaqlarının və metro stansiyalarının ətrafının qardan təmizlənməsi işlərini həyata keçirmişlər və bu istiqamətdə işlər hazırda da davam etdirilir.

 

Keçidlər