Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda quruculuq işləri davam etdirilir

09 avqust 2025 | 12:04

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nizami rayonu ərazisində mərhələli şəkildə küçə və parkların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yaşayış binalarının təmiri, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri həyata keçirilir.

Görülmüş işlər çərçivəsində rayonun Musa Əliyev küçəsində yerləşən və şəhərin ümumi görünüşünə xələl gətirən istinad divarı və piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi məqsədilə sakinlərin mütəmadi istifadə etdiyi pilləkənlər təmir edilib.

Eyni zamanda, Babək prospektində yerləşən ərazidə yeni münbit torpaq qatı əlavə edilərək yaşıllıq salınıb, Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsində isə gül kompozisiyası yaradılıb.

Keçidlər