Nizami rayonunda səkilər təmir edilir
17 noyabr 2025 | 12:58
Nizami rayonunda sakinlərin rahatlığını və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə səkilərin təmiri istiqamətində işlər davam etdirilir.
C.Naxçıvanski küçəsinin Q.Qarayev prospekti ilə kəsişməsindən B.Çobanzadə küçəsi ilə kəsişməsi arasındakı hissəsində yeni bardürlər düzülür, səkilər yenilənir. İşlər tamamlandıqdan sonra ərazinin asfalt örtüyü də yenilənəcəkdir.
Qeyd edək ki, rayon üzrə abadlıq və yenidənqurma işləri mərhələli şəkildə həyata keçirilir və bu çərçivədə sakinləri narahat edən məsələlərin ardıcıl şəkildə həll olunacaqdır.






