Nizami rayonunda təmir-bərpa işləri davam etdirilir
Nizami rayonu ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində həyətlərin abadlaşdırılması və yaşayış binalarının təmiri prosesi mərhələli şəkildə davam etdirilir.
Rayonun estetik görünüşünün yenilənməsi və yaşayış binalarının istismar müddətinin uzadılması məqsədilə hazırda R.Rüstəmov küçəsi 41, 43, 47, 51 və M.X.Şərifli küçəsi 102, 104a, 104b saylı binalarda əsaslı təmir işləri icra olunur.
Qeyd olunan ünvanlarda binaların xarici divarları köhnə suvaq qatlarından təmizlənərək yenidən suvanır və ardınca rənglənmə işləri aparılır. Eyni zamanda, pilləkən qəfəsələrində də suvama və boyama işləri görülür, köhnəlmiş pilləkənlər bərpa edilərək sakinlərin istifadəsi üçün tam təhlükəsiz və səliqəli vəziyyətə gətirilir.






