Nizami rayonunda təmir-bərpa və abadlıq işləri davam etdirilir
15 may 2025 | 10:57
Nizami rayonu ərazisində küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər davam etdirilir.
Yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar rayon ərazisindəki müxtəlif küçə və prospektlərdə asfalt örtüklərinin yararsız vəziyyətə düşmüş hissələri bərpa olunur, mövcud yaşıllıqlar suvarılır, yeni ağaclar və mövsümi gülər əkilir, eyni zamanda sanitar-təmizlik işləri aparılır.