Nizami rayonunda təmizlik və yaşıllaşdırma işləri davam etdirilir
17 iyun 2025 | 12:03
Ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə Nizami rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində növbəti iməcilik təşkil edilib.
Rayon ‘ərazisində kommunal xidmət sahələrinin əməkdaşları tərəfindən müxtəlif ünvanlarda küçə və prospektlərdə yolboyu hasarlar yenidən boyanıb, mövcud yaşıllıq sahələrində otlar biçilib, ağaclara aqrotexniki qulluq göstərilib, parklar alaq otlarından təmizlənib, yeni yaşıllıqlar salınıb, çəmənlik və ağaclar suvarılıb.