Nizami rayonunda yaşıllıqlara qulluq və abadlıq işləri davam etdirilir
18 iyul 2026 | 11:24
Rayon Yaşıllaşdırma sahəsi tərəfindən rayonun küçə, prospekt və parklarında yaşıllıqlara qulluq və abadlıq işləri davam etdirilir.
Yay mövsümünün isti hava şəraiti ilə əlaqədar şəhərin əsas magistral yollarının kənarlarındakı qazon örtüyü, bəzək kolları və ağaclar xüsusi texnikalar vasitəsilə mütəmadi olaraq suvarılır. Eyni zamanda, yol kənarlarındakı mövcud yaşıl sahələrə qulluq göstərilir, yeni mövsümi güllər əkilir və dekorativ kompozisiyalar yenilənir.






