Nizami rayonunda yaşıllıqların qorunması məqsədilə dezinfeksiya işləri davam etdirilir
17 iyul 2026 | 14:42
Nizami rayonunda sakinləri narahat edən problemlərin vaxtında aradan qaldırılması istiqamətində kompleks tədbirlər fasiləsiz olaraq davam etdirilir.
Sakinlərin müraciətləri nəzərə alınaraq, Rayon Yaşıllaşdırma Sahəsi tərəfindən C.Naxçıvanski küçəsi 20, 38, 48, B.Çobanzadə küçəsi 51, B.Nuriyev küçəsi 14. 21, 23, 40, Q.Qarayev prospekti 37, 112, 116, Ş.Mirzəyev küçəsi 54 və Ə.Hacıyev küçəsi 36 ünvanlarında növbəti dezinfeksiya işəri aparılaraq, zərərvericilərin aşkar edildiyi ağacların dərmanlanması təmin edilmişdir.
Qeyd edək ki, dezinfeksiya işləri mərhələli şəkidə aparılır və rayon ərazisindəki digər ünvanlarda da zərərvericilərin aşkar edildiyi ağacların dərmanlanması təmin ediləcəkdir.






