Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda yaşıllıqların qorunması məqsədilə monitorinq və dezinfeksiya işləri aparılır

25 iyun 2026 | 18:36

Nizami rayonunda sakinləri narahat edən problemlərin vaxtında aradan qaldırılması istiqamətində kompleks tədbirlər fasiləsiz olaraq davam etdirilir.

Son zamanlar sakinlərin müraciətlərində əks olunan əsas məsələlərdən biri də rayon ərazisindəki bəzi yaşıllıq sahələrində zərərvericilərin yayılması hallarıdır. Bu zərərvericilərin kütləvi şəkildə yayılmasının, həmçinin sağlam ağac və kollara keçməsinin qarşısını almaq məqsədilə Rayon Yaşıllaşdırma Sahəsi tərəfindən ərazidə gündəlik monitorinqlər həyata keçirilir.

Monitorinqlər zamanı zərərvericilərin aşkar edildiyi ağaclar xüsusi aqrokimyəvi preparatlarla dezinfeksiya olunur.

Bu günədək sakinlərin müraciətləri və monitorinqlər əsasında rayonun bir çox ünvanlarında, o cümlədən C.Naxçıvanski küçəsi 9, 52, B.Çobanzadə küçəsi 27, 33, 63, B.Nuriyev küçəsi 3, 14, 16, 50, E.Süleymanov küçəsi 160a, R.Rüstəmov küçəsi 35, 37, M.X.Şərifli küçəsi 82a, 84, 84a, 88, T.Abbasov küçəsi 37a ünvanlarında ağacların dərmanlanması təmin edilmişdir.

Qeyd edək ki, rayon ərazisində yaşıllıqların mühafizəsi və zərərvericilərə qarşı mübarizə işləri planlı şəkildə davam etdirilir.

Keçidlər