Nizami rayonunda yenidənqurma və təmir işləri davam etdirilir
23 iyun 2025 | 15:41
Nizami rayonunda sakinləri narahat edən problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Görülən işlər çərçivəsində fasiləsiz yağan yağışlar zamanı M.X.Şərifli küçəsi 1 ünvanında uçmuş istinad divarı yenidən inşa olunub, Elşən Süleymanov küçəsi 57-59 ünvanında “Çənlibel” MTK-nın istinad divarında möhkəmləndirmə işləri aparılıb, Babək prospektində və E.Süleymanov küçəsində yol kənarlarındakı hasarlar rənglənib.