Nizami rayonunda yol infrastrukturunun yenilənməsi işləri davam etdirilir
08 iyul 2026 | 15:43
Nizami rayonunda yol infrastrukturunun yenilənməsi və nəqliyyatın hərəkət təhlükəsizliyinin təmin olunması istiqamətində genişmiqyaslı təmir-bərpa işləri davam etdirilir.
Sakinlərin müraciətləri nəzərə alınaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qara Qarayev prospektinin Rüstəmov küçəsi ilə kəsişməsindən C.Naxçıvanski küçəsi ilə kəsişməsinədək olan hissəsindəki köməkçi yolun asfalt örtüyü yenilənib.






