Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda zərərvericilərə qarşı ağacların dərmanlanması işləri aparılır

01 sentyabr 2025 | 18:08

Nizami rayonunda sakinləri narahat edən problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Son zamanlar sakinləri narahat edən məsələlərdən biri də rayon ərazisində yaşıllıqlara zərər vuran Ağ Amerika kəpənəyinin tırtıllarının yayılması hallarıdır.

Zərərvericilərin yayılmasının və sağlam ağaclara keçməsinin qarşısının alınması məqsədilə Nizami Rayon Yaşıllaşdırma Sahəsi tərəfindən rayon ərazisində gündəlik monitorinqlər aparılır və zərərvericilər müşahidə olunan ağaclar xüsusi dərmanlarla dezinfeksiya olunur.

Bu günədək rayon ərazisində zərərvəricilər aşkar edilən ünvanlarda, o cümlədən, Babək prospekti 73, 75, Nəsimi küçəsi 7, 32a,  K.Balakişiyev küçəsi 55, Q.Qarayev prospekti 92a, M.X.Şərifli küçəsi 74, 76, Rüstəmov küçəsi 51, B.Çobanzadə küçəsi 47a, 61 və digər ünvanlarda ağaclar dərmanlanmışdır.

Qeyd edək ki, zərərvericilərə qarşı ağacların dərmanlanması işləri davam etdirilir.

Keçidlər