Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda zərərvericilərə qarşı ağacların dərmanlanması işləri davam etdirilir

23 oktyabr 2025 | 16:14

Sakinləri narahat edən və yaşıllıqlara zərər vuran Ağ Amerika kəpənəyinin tırtıllarının sağlam ağaclara keçməsinin qarşısını almaq məqsədilə aparılan monitorinqlərin nəticəsinə uyğun olaraq 23 oktyabr 2025-ci il tarixində Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Mənzil Kommunal İstismar Sahələrinin və Rayon Yaşıllaşdırma Sahəsinin mütəxəssisləri tərəfindən Babək prospekti 103, Rüstəmov küçəsi 54, Özbəkistaan küşəsi 6 və T.Abbasov küçəsi 35a, 37a ünvanlarında zərərvericilərin müşahidə edildiyi ağaclar xüsusi dərman vasitələri ilə dezinfeksiya olunub.

Keçidlər