Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı abadlıq işləri gedən ünvanlara baxış keçirib

16 dekabr 2023 | 16:23

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov rayonda təmir-tikinti işləri gedən  M.X.Şərifli küçəsi 74, 76, 78, 80, 82, 82A, Ə.Kürşaylı küçəsi 7, 9 və Nəsimi küçəsi 32 ünvanlarına baxış keçirib. Eyni zamanda, qeyd olunan ünvanlarda yaşayan sakinlərlə də görüşüb, onların təkliflərini dinləyib.

Görülən işlərlə tanış olan Rayon İcra hakimiyyətinin  başçısı iş icraçılarına və digər xidmət təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

Keçidlər