Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsinə baxış keçirib

30 noyabr 2023 | 17:31

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində yaşayan sakinlərin evlərinə və həyətlərinə su yığılması ilə bağlı etdikləri müraciətləri əsasında qeyd olunan ünvanda olub.

Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti qurumların rəhbərləri ilə birgə qeyd olunan əraziyə baxış keçirib, problemin yaranma səbəbinin müəyyənləşdirilməsi məqsədilə ərazidə quyuların qazılması, götürülmüş  su  nümunələrinin müayinə edilməsi ilə bağlı tapşırıqlarını verib.

Keçidlər