Rayon İcra Hakimiyyətinin başçısı Qara Qarayev prospektinə baxış keçirib
17 fevral 2024 | 10:35
17 fevral 2024-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov sakinlərin müraciəti əsasında Qara Qarayev prospekti 51/57 ünvanına baxış keçirib və sakinlərlə görüşüb.
Görüş zamanı sakinlərin müraciətləri dinlənilib, onların həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.