Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Novruz bayramı qeyd edilmişdir

19 mart 2015 | 16:00

Xalqımızın zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran dəyərli mərasimlərindən biri baharın gəlişi, təbiətin oyanışı münasibətilə qeyd edilən müqəddəs el şənliyi Novruz bayramıdır.
Respublikamızın bütün bölgələrində olduğu kimi, Nizami rayonunda da Novruz bayramı təntənəli şəkildə qeyd edilmişdir.
Bayrama hazırlıqla əlaqədar rayon ərazisində iməciliklər keçirilmiş, abadlıq, sanitar-təmizlik işləri görülmüş, müxtəlif ünvanlarda 1000-ə yaxın ağac və kol əkilmişdir.
Novruz bayramı münasibətilə aztəminatlı şəhid, əlil və müharibə veteranları ailələrinə, məcburi köçkünlərə, tənha və kimsəsiz qocalara ərzaq yardımı edilmişdir.
Bütün ümumtəhsil məktəblərində, məktəbəqədər müəssisələrdə Novruz şənlikləri təşkil edilmişdir.
17 mart 2015-ci il tarixində Keşlə qəsəbəsindəki parkda “İlaxır çərşənbə”si, 19 mart 2015-ci il tarixində isə Heydər bağı park-bulvarda Rayon İcra Hakimiyyəti tərəfindən geniş ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin, habelə müxtəlif idarə, müəssisə və təşkilat kollektivlərinin iştirakı ilə ümumrayon bayram şənliyi təşkil edilmişdir.
Bayram şənliklərində rayon ərazisində yerləşən məktəblər, bağçalar, məktəbdənkənar müəssisələr tərəfindən Novruz bayramını tərənnüm edən sərgilər təşkil edilmiş, baharın gəlişini əks etdirən əl işləri, bayram  xonçaları, səmənilər, müxtəlif bayram şirniyyatları təqdim olunmuş, idmançıların nümunəvi çıxışları göstərilmiş, folklor nümunələri nümayiş etdirilmiş, bahara həsr olunmuş şeirlər söylənilmiş, həmçinin Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin kollektivi konsert proqramı ilə çıxış etmişdir.

Keçidlər