Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə Heydər bağı park-bulvarda Gül bayramı keçirilmişdir

02 may 2015 | 15:00

02 may 2015-ci il tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə rayonun Heydər bağı park-bulvarında Gül bayramı keçirilmişdir.
Tədbirdə millət vəkilləri Sədaqət Vəliyeva, Flora Qasımova, Rasim Musabəyov, idarə, müəssisə və təşkilatların rəhbərləri, təlim-tərbiyə müəssisələrinin kollektivləri, rayon sakinləri iştirak etmişlər.
Orta məktəb və məktəbdənkənar tərbiyə müəssisələri kollektivlərinin paradı ilə başlayan tədbirdə iştirak edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və qonaqlar güllərdən hazırlanmış müxtəlif nominasiyalar üzrə eksponatlarla da tanış olmuşlar.
Bayram tədbirində rayonun orta məktəbləri, məktəbəqədər təhsil və məktəbdənkənar tərbiyə müəssisələri, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri güllərdən hazırladıqları müxtəlif kompozisiyaları və rəsm əsərlərini təqdim etmişlər. Bundan əlavə, rayon sakini, sağlamlıq imkanları məhdud Behbud Cəfərquliyevin rəsm əsərləri də nümayiş olunmuşdur.
Kollektivlər ən yaxşı gül-çiçək kompozisiyası, dekorativ gül rəsmi, tətbiqi sənət nümunəsi, gül geyimi nominasiyalarında iştirak etmişlər. Güllərdən hazırlanan “Bakı-2015” birinci Avropa Oyunlarının loqosu və rəmzləri parkda xüsusi yer tuturdu.
Nominasiyalar üzrə təqdim olunan işlərə Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyası tərəfindən baxış keçirilmiş və bəyənilən əl işləri Bakı şəhəri üzrə keçiriləcək Gül bayramına təqdim olunacaqdır.

Keçidlər