Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilib

11 aprel 2017 | 16:00

11 aprel 2017-ci il tarixində İcra Hakimiyyətində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis olunmuş gənclərlə görüş keçirilib.
Görüşdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva iştirak edib.
İlk öncə görüş iştirakçıları İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad ediblər.
Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərxis olunmuş gəncləri hərbi xidmətlərini şərəflə başa vurub öz doğmalarının yanına sağ-salamat qayıtması münasibətilə təbrik edib.
A.Qasımov Azərbaycanın öz ordusunun gücünü, kadrların hərbi peşəkarlığını daim artırdığını, hərbi qüdrətinin yüksəldilməsində məqsədin məhz ordu quruculuğu prosesini təkmilləşdirmək, Silahlı Qüvvələri modernləşdirmək və müasir standartlara uyğunlaşdırmaq, eyni zamanda isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Qarabağı və ermənilərin zəbt etdikləri bütün bölgələri düşməndən təmizləmək olduğunu və Aprel döyüşlərində də ölkəmizin özünün potensial hərbi üstünlüyünü bir daha göstərdiyini diqqətə çatdırıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin rəisi, polkovnik Eldar Tağıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis olunanları təbrik edərək, onlar haqqında məlumat verib.
Qarabağ müharibəsi əlili Şahin Zeynalov, hərbi hissədən tərxis olunmuş gənclər Ələddin Qəniyev və Emin Nadirov Silahlı Qüvvələrimizin gənclərin bir şəxsiyyət kimi formalaşmasında və ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində əhəmiyyətindən danışıblar.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxışında ordu quruculuğu istiqamətində aparılan bütün islahatların Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan ərazilərimizi azad etmək məqsədi daşıdığını, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin münaqişənin sülh yolu ilə həllinə sadiq olduğunu diqqətə çatdırıb. Buna baxmayaq, erməni tərəfinin durmadan cəbhə xəttində daim müxtəlif təxribatlar törətməklə sülh danışıqlarına mane olmağa çalışdıqlarını bildirib, lakin erməni tərəfinin bu təxribatlarına layiqli cavab verildiyini diqqətə çatdırıb.
Həmçinin Nizami Rayon Məşğulluq Mərkəzinin direktoru İlqar Şıxəliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis olunanların işlə təmin olunması istiqamətində görülmüş işlər və qaşıda duran vəzifələrlə bağlı görüş iştirakçılarını məlumatlandırıb.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərxis olunmuş gəncləri hərbi xidmətlərini şərəflə başa vurmaları münasibətilə bir daha təbrik edərək onlara hədiyyələr təqdim edib.

Keçidlər