Şriftin ölçüsü :

Saytın rəngi :

328 №-li tam orta məktəbdə Salyan rayonu Sarvan kənd tam orta məktəbinin bir qrup müəllim və şagird heyəti qonaq olublar

24 may 2017 | 16:00

24 may 2017-ci il tarixində Salyan rayonu Sarvan kənd tam orta məktəbinin bir qrup müəllim və şagird heyəti 328 №-li tam orta məktəbdə qonaq olublar.
Salyan rayonu Sarvan kənd tam orta məktəbinin müəllimləri tərəfindən açıq dərslər keçirilib. Müəllimlərdən – Sevinc Cabbarova, Şəhla Əliyeva, Könül Həsənova, Rövşanə Ağabəyova, Nazənin İsmayılova və Məsumə Zeynalova açıq dərslər verib və hər iki məktəbin müəllimlərinin iştirakı ilə həmin dərslər ətrafında fikir mübadiləsi aparılıb.
Açıq dərslərdən sonra 328 №-li məktəb kollektivinin hazırladığı “Doğma Azərbaycanımızla qürur duyuruq” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Ədəbi-bədii kompozisiyanın nümayişindən sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, 328 №-li məktəbin direktoru Asif Nəbiyev, Sarvan kənd məktəbinin direktoru Müstəcəb Səmədov və 251 №-li məktəbin direktoru Aygün Əzizova, Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva dövlətimizin təhsilə göstərdiyi qayğıdan, təhsilin inkişafından, belə tədbirlərin məktəblər və müəllimlər arasında qarşılıqlı faydalı təcrübə mübadiləsi, eləcə də dostluq əlaqələrinin genişlənməsi istiqamətində mühüm rol oynadığını söyləyiblər.
Sonra Salyan rayonu Sarvan kənd tam orta məktəbinin müəllim və şagird heyəti Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Qeyd edək ki, 12 may 2017-ci il tarixində 328 №-li məktəbin 16 nəfər 1-ci sinif, 8 nəfər yuxarı sinif şagirdi,  11 nəfər valideyni, müəllimlər və məktəbin direktoru Asif Nəbiyev Salyan rayonu İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbində olublar və açıq dərslərdə iştirak ediblər.

Keçidlər