Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

22 fevral 2019 | 16:00

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyası tərəfindən Rayon Polis İdarəsi ilə birgə 2019-cu il fevral ayının 22-də Texnika və Texnologiyalar üzrə Bakı Texniki Peşə Təhsil Mərkəzində “Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov, Bakı Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova, Bakı Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şirəli Babayev, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova, Texnika və Texnologiyalar üzrə Bakı Texniki Peşə Təhsil Mərkəzinin direktoru Samir Allahverdiyev çıxış edərək bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumat veriblər, gənclərə sağlam  həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib və hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya yox deməyə çağırıblar.

Tədbirdə həmçinin şağirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.

Tədbirin sonunda narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən  video-çarx nümayiş olunub.

Keçidlər