Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Novruz bayramı münasibətilə ümumrayon tədbirləri davam edir

21 mart 2019 | 16:00

Tarixi çox qədim olan Novruz bayramı münasibətilə bayram şənliyi 21 mart 2019-cu il tarixində də Heydər bağı – Park Bulvarda böyük təntənə ilə davam edib.

Şənlikdə rayon ərazisində yerləşən məktəblər, məktəbdənkənar müəssisələr tərəfindən Novruz bayramını tərənnüm edən sərgilər təşkil edilib, baharın gəlişini əks etdirən əl işləri, bayram  xonçaları, səmənilər, müxtəlif bayram şirniyyatları təqdim olunub.

Eyni zamanda, Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Rayon Mədəniyyət və 3 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin təşkil etdiyi konsert rayon sakinlərinə və qonaqlara xoş ovqat bəxş edib.

Keçidlər