Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Nizami rayonunda konsert proqramı keçirilib

07 aprel 2019 | 16:00

07 aprel 2019-cu il tarixində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Nizami rayonunda Heydər Bağı Park-Bulvarda konsert proqramı keçirilib.

Rayon sakinlərini və qonaqları salamlayan Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 06 aprel 2019-cu il tarixində on milyonuncu Azərbaycan vətəndaşının dünyaya göz açdığını, Ağdərə rayonunun sakini, hazırda Ağdam rayonunda qeydiyyatda olan məcburi köçkün ailəsində bir qız uşağının doğulduğunu bildirib və bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımızı və dünyaya göz açmış 10 milyonuncu uşağın ailəsini təbrik etdiyini qeyd edib.

G.İsrafilova Nizami rayon sakinlərinin də bu təbriklərə qoşulduğunu, qurub-yaradan, gündən-günə inkişaf edən ölkəmizin vətəndaşının valideynlərini və xalqımızı təbrik etdiyini söyləyib.

G.İsrafilova çıxışında Azərbaycanda əhalinin təbii yolla çoxaldığını, yeni dogulanların sayının dünyasını dəyişənlərin sayını üstələdiyini diqqətə çatdırıb və bildirib ki, son illərdə əhalinin artmasına müəyyən dərəcədə təsir göstərən səbəblərdən biri də miqrasiya saldosunun müsbət olması – ölkəyə daimi yaşamağa gələnlərin buradan birdəfəlik köçənlərdən çox olmasıdır.

Çıxışının sonunda G.İsrafilova artıq 10 milyonluq ölkə olduğumuzu qeyd edərək, hamını bu münasibətlə təbrik edib və doğulan hər körpənin təkcə ata-anasının, baba-nənəsinin deyil, bütün el-obanın sevinci olduğunu vurğulayıb.

Keçidlər