Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda aprel döyüşlərinə həsr edilmiş “Sən qalib gələcəksən” adlı tədbir keçirilib

06 aprel 2019 | 16:00

06 aprel 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 229 nömrəli tam orta məktəbdə aprel döyüşlərinə həsr edilmiş “Sən qalib gələcəksən” adlı tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə məktəbin “Şahin” hərbi idman oyunu üzrə komandasının üzvləri təntənəli keçidlə iştirakçıların qarşısından keçib, əyani olaraq hərbi sursatlarla işləmə bacarıqlarını və elektron lövhədə müasir silahlardan istifadə qaydalarını nümayiş etdiriblər.

Sonra torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olmuş igid Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva və Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev 2016-cı il aprel ayının 1-5 tarixlərində baş vermiş dördgünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri birləşmələrinin Azərbaycan Ordusunun qüdrətini dünyaya göstərdiklərini və həqiqətən güclü ordularından biri olduğunu sübut etdiklərini diqqətə çatdırıblar. Natiqlər aprel döyüşləri zamanı düşmənin təxribatına qarşı xalqımızın həmrəyliyindən və ordumuzun zəfər qazanacağına inamından söz açıblar. Natiqlər dünya ictimaiyyətinin bu döyüşlərdə Azərbaycan Ordusunun şücaətini gördüyünü və sülh danışıqları fayda verməyəcəyi təqdirdə, ordumuzun hər an hərb yolu ilə torpaqlarımızı azad etmək iqtidarında olduğunu anladığını vurğulayıblar.

Tədbirdə məktəbin şagirdləri tərəfindən  “Sən qalib gələcəksən”  adlı ədəbi-bədii kompozisiya təqdim edilib və aprel döyüşləri haqqında geniş məlumat verilib.

Fotolar: /gallery/42.html

Keçidlər