Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Olimpiya mədəniyyəti və təhsil proqramı” çərçivəsində tədbir keçirilib

29 aprel 2019 | 16:00

2019-cu ilin iyul ayında Bakıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalı çərçivəsində həyata keçirilən “Olimpiya mədəniyyəti və təhsil proqramı” Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin təşkilatçılığı, “Bakı 2019” Avropa Gənclərinin Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi, həmçinin Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə reallaşdırılır. Bu proqramın məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyəti, idmanı və Olimpiya hərəkatını təşviq etməkdir.

29 aprel 2019-cu il tarixində Nizami rayonundakı 10 nömrəli tam orta məktəbdə də “Olimpiya mədəniyyəti və təhsil proqramı” çərçivəsində tədbir keçirilib.

Öncə tədbir iştirakçıları Azərbaycan və Türkiyə xalqlarının dostluq və qardaşlıq əlaqələri, tarixi və adət-ənənələri ilə bağlı rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

10 nömrəli tam orta məktəbin direktoru Leyla Məmmədova çıxış edərək,  şagirdlərin biliklərinin və dünyagörüşlərinin artırılmasında belə tədbirlərin əhəmiyyətindən danışıb, Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrinin  qədim tarixə malik olduğunu, qardaş ölkənin mədəniyyət və incəsənətinin ölkəmizdə sevildiyini qeyd edib. Tədbirin keçirilməsində məqsədin şagirdlərin Türkiyənin tarixi və mədəniyyəti haqqında ətraflı məlumatlandırılması olduğunu bildirən L.Məmmədova, belə tədbirlərin ölkəmizin idman nailiyyətlərinin, eləcə də Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının təbliği baxımından da mühüm rol oynadığını vurğulayıb.

Ölkəmizdə idmanın inkişafına göstərilən yüksək diqqət və qayğı nəticəsində Azərbaycanın dünyada idman dövləti kimi tanındığını söyləyən Milli Olimpiya Komitəsinin Marketinq şöbəsinin müdiri Mehman Kərimov Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər turnirlərin yeniyetmə və gənclərin idmana marağının artırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb və bu baxımdan iyulun 21-28-də ölkəmizdə keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının önəmli olduğunu vurğulayıb.

Türkiyə səfirliyinin müşaviri İrfan Çiftçi qardaş ölkələrimiz arasında münasibətlərin “Bir millət, iki dövlət” prinsipi əsasında gündən-günə inkişaf etdiyini söyləyib. İ.Çiftçi Azərbaycanın idman nailiyyətlərindən və yüksək təşkilatçılıq qabiliyyətindən söz açıb və Bakının Avropa Gənclərinin Yay Olimpiya Festivalına da uğurla ev sahibliyi edəcəyini əminlilkə vurğulayıb.

Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov dövlət başçısı cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqəti nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, Nizami rayonunda da bu sahədə böyük nailiyyətlər əldə edilib.

Çıxışlardan sonra şagirdlər Azərbaycan-Türkiyə qardaşlığına aid tamaşalar təqdim ediblər.

Tədbirdə Avropa Gənclərinin Yay Olimpiya Festivalının proqramına daxil olan gimnastika, güləş, boks idman növləri üzrə ustad dərsləri keçirilib.

 

 

 

Keçidlər