Şriftin ölçüsü :

Saytın rəngi :

Açıq məlumatlar

Nizami rayonu üzrə 2025-ci ilin sosial-iqtisadi göstəriciləri

2025-ci ilin yanvar-dekabr aylarında 1439726,0 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.

İstehsal edilmiş sənaye məhsulunun 1475041,1 min manatı istehlakçılara göndərilmiş, ondan 1444930,5  min manatı öz istehsalı olan mallar olmuşdur.

Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2026-cı il vəziyyətinə 6585,9 min manatlıq hazır məhsul ehtiyatı  olmuşdur.

2025-ci ilin yanvar-dekabr aylarında Nizami rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 490876,5 min manat məbləğində vəsait yönəldilmişdir. 2025-ci ilin yanvar-dekabr aylarında 247483,7 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.

2025-ci ilin yanvar-dekabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 1007677,1 min manat olmuşdur.

Podratçı təşkilatların gördükləri inşa, yenidənqurma və bərpa işləri 2025-ci ilin yanvar-dekabr aylarında 873766,6 min manat, əsaslı təmir 59639,2 min manat, cari təmir 48747,3 min manat, sair tikinti  işləri isə 25524,0 min manat təşkil etmişdir.

2025-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 4642700,4 min manatlıq əmtəə satılmışdır, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 2,3 faiz artım deməkdir. Satılmış əmtəələrin 28,0 faizi hüquqi şəxslərin, 20,7 faizi rayonda fəaliyyət göstərən əmtəə bazarlarının, 51,3 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların  payına düşmüşdür.

2025-ci ilin yanvar-dekabr  aylarında rabitə müəssisələri tərəfindən 785227,5 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,4 faiz artmışdır.

2025-ci ilin yanvar-dekabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 196842,7 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artmışdır.

2025-ci ilin yanvar-dekabr aylarında iaşə müəssisələrinin ümumi dövriyyəsi 119203,1 min manat olmuşdur. Həcmin 79,7 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 95044,2 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 24158,9 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

Ödənişli xidmətlərin həcmi 2025-ci ilin yanvar-dekabr aylarında 753155,9 min manat təşkil etmişdir.

Hüquqi şəxslər tərəfindən əhaliyə 611580,4 min manatlıq xidmət göstərilmişdir.

2025-ci ilin yanvar-noyabr aylarında Nizami rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artaraq 66396 nəfər olmuşd

2025-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 14,0 faiz artaraq 1232,8  manat olmuşdur.

Nizami rayonunda 2025-ci ilin yanvar-dekabr aylarında 4550 yeni iş yeri açılmışdır.

********************************************************************************************************

Nizami rayonu üzrə 2024-cü ilin sosial-iqtisadi göstəriciləri

2024-cü ilin yanvar-dekabr aylarında 1388946,6 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 13,4 faiz çox sənaye məhsulu istehsal edilmiş və  xidmətlər  göstərilmişdir.

İstehsal edilmiş sənaye məhsulunun 1422187,5 min manatı istehlakçılara göndərilmiş, ondan 1387693,1  min manatı öz istehsalı olan mallar olmuşdur.

Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2025-ci il vəziyyətinə 11790,4 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

2024-cü ilin yanvar-dekabr aylarında Nizami rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 1422950,2 min manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 53,8 faiz çox vəsait yönəldilmişdir. 2024-cü ilin yanvar-dekabr aylarında 393661,6 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.

2024-cü ilin yanvar-dekabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 1007876,9 min manat olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz az olmuşdur.

Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2024-cü ilin yanvar-dekabr aylarında 922101,7 min manat, əsaslı təmir 51368,0 min manat, cari təmir 13306,0 min manat, sair tikinti  işləri isə 21101,2 min manat təşkil etmişdir

2024-cü ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 4311933,1 min manatlıq əmtəə satılmışdır, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 4,7 faiz artım deməkdir. Satılmış əmtəələrin 22,5 faizi hüquqi şəxslərin, 23,7 faizi rayonda fəaliyyət göstərən əmtəə bazarlarının, 53,8 faizi isə  hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların  payına düşmüşdür.

2024-cü ilin yanvar-dekabr  aylarında rabitə müəssisələri tərəfindən 688724,2 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,0 faiz artmışdır.

2024-cü ilin yanvar-dekabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 199296,1 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 88,1 faiz təşkil etmişdir.

2024-cü ilin yanvar-dekabr aylarında iaşə müəssisələrinin ümumi dövriyyəsi 91897,9 min manat olmuşdur. Həcmin 77,7 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 71440,6 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 20457,3 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

Ödənişli xidmətlərin həcmi 2024-cü ilin yanvar-dekabr aylarında 645904,3 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 85,7 faiz təşkil etmişdir.

Hüquqi şəxslər tərəfindən əhaliyə 587186,9 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 90,9 faizini təşkil etmişdir.

2024-cü ilin yanvar-noyabr aylarında Nizami rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8 faiz artaraq 63128 nəfər olmuşdur.

2024-cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 3,8 faiz artaraq 1081,1  manat olmuşdur.

Nizami rayonunda 2024-cü ilin yanvar-dekabr aylarında 4065 yeni iş yeri açılmışdır.

Keçidlər