İcra Hakimiyyəti
İH Başçısının müavinləri
Könül Ədalət qızı Həsənova
Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Həsənova Könül Ədalət qızı 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1999-cu ildə Təfəkkür Universitetinin filologiya ixtisası üzrə bakalavriat pilləsini bitirmiş, 2006-cı ildə isə Azərbaycan Dillər Universitetinin dilşünaslıq ixtisasını bitirərək magistr dərəcəsini almışdır.
Əmək fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dillər Universitetində baş laborant vəzifəsində başlamışdır. 2002-2013-cü illərdə həmin universitetdə müəllim vəzifəsində işləmiş, 2013-2014-cü illərdə Səbail rayonu 7 №-li tam orta məktəbdə direktor müavini vəzifəsində çalışmışdır. “Bu günün və sabahın direktorları” müsabiqəsində iştirak edərək, 2014-cü ildə həmin məktəbdə direktor vəzifəsinə təyin edilmiş və 2020-ci ilədək Səbail rayonu 7 №-li tam orta məktəbin direktor vəzifəsində işləmişdir. 2020-2024-cü illərdə Xətai rayonu 27 №-li tam orta məktəbdə direktor vəzifəsində çalışmışdır.
2024-cü ildən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmış, 2025-ci ilin aprel ayında isə Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilmişdir.
2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Dissertasiya şurasında Pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. 1 monoqrafiya, 8 elmi məqalə, 4 tezisin müəllifidir.
Elm və Təhsil Nazirliyi tərəfindən Fəxri fərman və diplomla təltif edilmişdir.
2014-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
İldırım Fehruz oğlu Mehdiyev
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri
Mehdiyev İldırım Fehruz oğlu 08 dekabr 1958-ci ildə Ermənistan SSR Qafan rayonu Xələc kəndində anadan olmuşdur.
1979-cu ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu riyaziyyat müəllimi ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1979-cu ildə Ermənistan SSR Qafan rayonu Xələc kənd səkkizillik məktəbində riyaziyyat müəllimi kimi başlamış, 1986-1989-cü illərdə həmin məktəbin direktoru vəzifəsində işləmişdir. 1989-1991-ci illərdə Bakı şəhəri Nizami rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsində Kompleks sosial-iqtisadi inkişaf şöbəsində mütəxəssis, 1991-2006-cı illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi məsələlər şöbəsində müfəttiş, böyük iqtisadçı və baş iqtisadçı vəzifələrində işləmişdir. 2006-cı ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyir.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2011-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, 3 övladı var.
Həsənov Şahsultan Həmid oğlu
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri






