Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

2022-ci ildə görülən işlər

 

Elektrik enerjisi təchizatı

“Azərişıq” ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən əhalinin elektrik təchizatının yaxşılaşdırılması və fasiləsiz enerji ilə təmin edilməsi məqsədilə ötən il 58 TM əsaslı təmir edilmiş, 2046 p/m kabel xətti çəkilmiş, 2 ədəd 630 kVA-lıq transformator 1000 kVA-lıq transformatorla əvəzlənmiş, ayrı-ayrı ünvanlarda 400A paylayıcı lövhə yenisi ilə əvəzlənmiş, 54 ədəd transformator məntəqəsi, 60 Kompleks transformator məntəqəsi təftiş edilmiş və cari təmir işləri aparılmışdır.

Küçə və məhəllələrin işıqlandırılması iüçün ayrı-ayrı ünvanlarda 280 dirək quraşdırılmış,  9880 p/m kabel xətti çəkilmiş, 1029 ədəd lampa dəyişdirilmiş və 90 çıraq quraşdırılmışdır.

Ötən dövr ərzində rayonun ərazisində yerləşən məktəb, səhiyyə və məktəbəqədər uşaq müəssisələrindəki küçə işıqları təftiş edilmiş və aşkar olunmuş qəzalar aradan qaldırılmışdır. Rayon ərazisində məhəllələrdə küçə işıqlarının bərpası istiqamətində işlər davam etdirilir.

 

Qaz təchizatı

Rayon Qaz təsərrüfatı tərəfindən ötən il istismara yararsız vəziyyətdə olan 1 ədəd SQTM-500 tipli qaz tənzimləyicisi yenisi ilə əvəz olunmuş, uzun müddət istismar nəticəsində yararsız vəziyyətə düşmüş 2718 p/m metal qaz boruları, plastmas borularla əvəzlənmiş və bu istiqamətində işlər davam etdirilir.

 

İstilik təchizatı

Rayon ərazisindəki yaşayış və qeyri-yaşayış sahələrini istiliklə 33 qazanxana və bir istilik məntəqəsi təmin edir. Ötən il ərzində ayrı-ayrı ünvanlarda 710 p/m istismara yararsız müxtəlif diametrli borular dəyişdirilmiş, 96 qazan mexaniki üsulla təmizlənmiş, qazanxanalarda 77 ədəd müxtəlif markalı nasos cari təmir edilmiş, qazanxanalarda, magistral və məhəllədaxili  istilik xətlərinin üzərində olan 870 ədəd müxtəlif  ölçülü siyirtmə təftiş edilmiş, onlardan 860-ı cari, 10-u  əsaslı təmir olunmuş, 23 ədədi isə yenisi ilə əvəzlənmişdir. Qazanxanalarda olan 33 ədəd tüstü borusu  təmizlənərək  işlək vəziyyətə gətirilmiş, 120 ədəd qoruyucu klapan təmir olunmuşdur.

Rayon ərazisində 2021-2022-ci mövsüm ilində “Azəristiliktəchizat” ASC-nin balansında olan  523 yaşayış binasından 438-i, 23 orta məktəb, 10 uşaq bağçası, 14 səhiyyə, 253 təsərrüfat hesablı obyekt, 7 büdcə təşkilatı istiliklə təmin edilmişdir. Rayon ərazisində hazırda istiliklə təmin olunmayan 85 yaşayış binası mövcuddur.

 

Su təchizatı və kanalizasiya

Rayon əhalisinin fasiləsiz içməli su ilə təmin olunması, kanalizasiya sularının maneəsiz axıdılması məqsədilə il ərzində 1012 qəza halı aradan qaldırılmış, ayrı-ayrı ünvanlarda müxtəlif diametrli 1600 p/m istismara yararsız su borusu yeniləri ilə əvəzlənmiş, müxtəlif diametrli 1587 p/m kanalizasiya xətti, 12 siyirtmə, 8 elektrik mühərriki, 32 ədəd su nasosu təmir edilmiş, kanalizasiya sistemlərində baş vermiş 9026 tutulma halı aradan qaldırılmış, 27 kanalizasiya lyuku yenisi ilə əvəz olunmuş, 5 ədəd yeni kanalizasiya quyusu tikilmiş, 38 kanalizasiya quyusu asfalt örtük səviyyəsinə qaldırılmışdır.

 

Lift təsərrüfatı

“Lifttəmir” İstehsalat Birliyi “Temp” Dövlət Müəssisəsi tərəfindən Nizami rayonunun ərazisində olan 411 ədəd sərnişin liftinə xidmət göstərilir. Ötən il ərzində rayon ərazisində 11 ədəd 380/110 transformator, 21 ədəd 3,5 kVt-lıq mühərrik, 27 ədəd əyləc dolağı, 32 ədəd rotor, 20 ədəd isə şkif təmir edilmişdir. 1056 metr müxtəlif diametrli buraz  yenisi ilə əvəz olunmuşdur.

Rayonda istismara yararsız sərnişin liftlərinin dəyişdirilməsi ilə əlaqədar hazırlıq işləri aparılır. Hazırda istismar müddəti bitmiş 76 liftin dəyişdirilməsinə ehtiyac vardır.

 

Mənzil-kommunal təsərrüfatı

Mənzil Fondunun istismar keyfiyyətinin yaxşılaşdırılması, onun qorunub saxlanılması məqsədilə yaşayış binaların damlarına 33550 m2  şüşə ruberoid vurulmuş, 380 p/m su xətti, 180 p/m kanalizasiya xətti, 1410 p/m navalça dəyişdirilmiş, ümumi istifadə yerində sınmış 1605 m2 şüşə yenisi ilə əvəz edilmiş, 292 mövcud giriş qapısı, 100 m2 şifer dam örtüyü təmir edilmiş, 9250 p/m tüstü bacası və ventelyasiya kanalları təmizlənmiş, 102 ədəd yeni seyf dəmir qapı quraşdırılmışdır.

Rayon üzrə 169 binanın istismara yararsız ruberoid dam örtüyünün əvəzlənməsi istiqamətində aparılmış işlər nəticəsində artıq 29 binanın dam örtüyü əsaslı təmir edilmiş və bu istiqamətdə təmir-bərpa işləri davam etdirilir. 3000 ədəd müxtəlif növ ağac, 4000 gül kolları əkilmiş və 18500 m2 qazon ot örtüyü salınmışdır. 23000 m2 asfalt örtüyü yenilənmişdir, bu istiqamətdə işlər davam etdirilir.

2022-ci il ərzində Nizami rayonu ərazisində “Bakl 6 saylı Yol İstismarı” MMC tərəfindən T.Abbasov, M.X.Şərifli, R.Teymurov, M.Gəncəvi, M.Abbasov, Ş.Mirzəyev küçələrinin və Q.Qarayev prospektinin 2-ci dərəcəli yolunun, Keşlə qəsəbəsində M.Ağayev, Ə.Nəvai və Yenkənd küçələrinin asfalt örtüyü yararsız vəziyyətə düşmüş hissələrində asfalt örtüyü təmir olunmuşdur. Bu istiqamətdə işlər davam etdirilir.

İDEA İctimai Birliyinin təşəbbüsü ilə T.Abbasov küçəsində yerləşən 37, 39, 39a, B.Nuriyev küçəsində 10a, 12, 14, 16, 20/116 və Q.Qarayev prospekti 118, 120 saylı binaların həyətləri abadlaşdırılmış və binalar əsaslı təmir edilmişdir. Hazırda abadlaşdırılan M.X.Şərifli küçəsi 84v və 84b saylı binaların həyətlərində tamalama işləri aparılır.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin təqdim etdiyi siyahı əsasında “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən 2022-ci il ərzində B.Çobanzadə küçəsi 25, 33, 45, 57, 63, 65, 75, 47A, Ə.Vəliyev küçəsi 16, Nəsimi küçəsi 25, B.Nuriyev küçəsi 13 saylı binaların həyətləri abadlaşdırılmış və binalar əsaslı təmir edilmişdir. Hazırda B.Nuriyev küçəsi 24, 24A, 26, 30, 32, 40, 42, 46, 46A, 48, 48A, 50, M.X.Şərifli küçəsi 74, 76, 78, 80, 82, 82A, Ə.Kürçaylı küçəsi 7, 9 saylı binalarda təmir işləri davam etdirilir.

Keçidlər